Sneyderin rəhbərliyə məsləhət gördüyü şəxs "Qalatasaray"ın yeni baş məşqçisi oldu

02:55 - 6 Mart 2016

Riekerink komandaya rəhbərlik edəcək
 
"Qalatasaray”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.  
 
Sportal.az xəbər verir ki, Mustafa Dənizlinin istefasından sonra iki oyunluq "Qalatasaray”ın sükanı arxasına keçən Orhan Atık üçün "Başakşəhər”lə qarşılaşma əsas komandanın baş məşqçisi kimi son oyun olacaq.  Bundan sonra komandanı meydana İstanbul təmsilçisinin aşağı yaş qrupları üzrə məşqçisi  Yan Olde Riekerink çıxaracaq. Ona işin icrasında Klaudio Taffarel və Orhan Atık köməklik edəcək.  Hollandiyalı mütəxəssisin postda nə qədər qalacağı isə bəlli deyil.
 
Qeyd edək ki, Riekerinki baş məşqçi postuna namizəd kimi "Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder rəhbərliyə məsləhət görmüşdü.

Xəbər xətti