Türkiyədə hakim meydanda həyatını itirdi

02:35 - 7 Mart 2016

17 yaşlı yan xətt hakimi anidən yerə yıxılıb
 
Türkiyə həvəskarlar liqasında arzuolunmaz hadisə qeydə alınıb. 
 
Sportal.az xəbər verir ki, Balıkəsirdə baş tutan qarşılaşmalardan birinin gedişində yan xətt hakimi Halil Berke Aygün anidən yerə yıxılıb. Matçın 32-ci dəqiqəsində baş verən hadisədən sonra Halil dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Qeyd edək ki, dünyasına dəyişən hakimin 17 yaşı var idi. 

Xəbər xətti