Qomezin dublu "Beşiktaş"a 3 xal qazandırdı VİDEO

01:15 - 8 Mart 2016

Qarşılaşmada 4 qol
 
Türkiyə superliqasında 24-cü tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, "Beşiktaş" öz meydanında autsayder "Eskişehirspor"u qəbul edib. Bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılan "qara qartal" lider "Fənərbaxça" ilə xal fərqini 2-yə endirib.
 
Qeyd edək ki, "Beşiktaş" 54 xalla 2-ci, "Eskişehirspor" isə 17 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
 
"Beşiktaş" - "Eskişehirspor" 3:1
Qollar: Atiba Hatçinson, 29 , Mario Qomez, 36, 70 - Hadziç, 89 


 

Xəbər xətti