"Qalatasaray"lı futbolçunun atası terrorun qurbanı oldu

14:56 - 14 Mart 2016

Oğlunu izləməyə gəldi...

 

Ötən gün Türkiyənin paytaxtı Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb.

 

Sportal.az xəbər verir ki, “Qalatasaray”ın futbolçusu Umut Bulutun atası Kamal Bulut da Ankarada törədilən partlayış nəticəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, Kamal Bulut dünən keçirilən “Gənclərbirliyi” - “Qalatasaray” oyununa baxmaq üçün Ankaraya gedib.

Xəbər xətti