"Bakı"nın sabiq baş məşqçisi "Qalatasaray"da?

12:43 - 15 Mart 2016

3,5 illik müqavilə imzalana bilər

 

Xəbər verdiyimiz kimi, Mustafa Dənizlinin istefasından sonra "Qalatasaray"ın baş məşqçi postuna müvəqqəti olaraq Orhan Atik gətirilib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi bu postda daha bir dəyişiklik etmək niyyətindədir. Belə ki, "Bakı"nın sabiq çalışdırıcısı Bülənt Korkmazla ilkin razılıq əldə edən klub rəhbərliyi bu posta onu layiq görüb. Korkmazla 3,5 illik müqavilə imzalanacağı gözlənilir.

 

Qeyd edək ki, Korkmazın həftəsonu oynanılacaq "Fənərbaxça" ilə matçda komandanı meydana çıxaracağı gözlənilir.

Xəbər xətti