"Qalatasaray" yeni baş məşqçisinin adını açıqladı RƏSMİ

15:15 - 16 Mart 2016

Riekerink komandaya rəhbərlik edəcək
 
"Qalatasaray”ın yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.  
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mustafa Dənizlinin istefasından sonra komandanı meydana İstanbul təmsilçisinin aşağı yaş qrupları üzrə məşqçisi Yan Olde Riekerink çıxaracaq. Ona işin icrasında Klaudio Taffarel və Orhan Atık köməklik edəcək. Hollandiyalı mütəxəssis "Qalatasaray"ı mövsümün sonuna qədər çalışdıracaq.
 
Qeyd edək ki, Riekerinki baş məşqçi postuna namizəd kimi "Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder rəhbərliyə məsləhət görmüşdü.

Xəbər xətti