FİFA türkiyəli futbolçunu futboldan kənarlaşdıra bilər

02:03 - 17 Mart 2016

Hakan Çalhanoğlu haqda araşdırmalar başlanıb
 
FIFA "Bayer"in formasını geyinən Hakan Çalhanoğlu ilə bağlı araşdırmalara başlayıb.
 
Sportal.az xəbər verir ki, araşdırma "Trabzonspor"un şikayəti əsasında başlayıb. Belə ki, Hakan Çalhanoğlu 2011-ci ildə Qara dəniz klubu ilə ön anlaşma imzalasa da, buna əməl etməyib. Həmin vaxt "Karlsruher"in formasını geyinən Türkiyə millisinin üzvü "Trabzonspor"la ön anlaşma imzalayıb və 100 min avroluq ilkin ödəniş alıb. Bu anlaşmaya əsasən futbolçu transferdən vaz keçəcəyi halda 1 milyon avro ödəməli imiş. Amma o, "Hamburq"la müqavilə imzalasa da, tələb olunan məbləği "Trabzonspor"a ödəməyib. Bu səbəbdən klub 2013-cü ildə FIFA-ya şikayət edib.
 
Hakan Çalhanoğlunun günahı sübuta yetirilsə, bir neçə ay futboldan kənarlaşdırılacağı gözlənilir.
 
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildə "Hamburq"dan 14,5 milyon avroya "Bayer"ə transfer olunub.

Xəbər xətti