SON DƏQİQƏ: "Qalatasaray" - "Fənərbaxça" matçı təxirə salındı

20:20 - 20 Mart 2016

"Qalatasaray"ın müraciəti qəbul olundu
 
Türkiyə superliqasının bu günə nəzərdə tutulan 26-cı turunun “Qalatasaray” – “Fənərbaxça” oyunu təxirə salınıb.
 
Sportal.az xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları terror təhlükəsi səbəbindən son anda belə bir qərar verib. Bu gün Bakı vaxtı ilə saat 18.30-dan etibarən stadiona girən azarkeşlər çölə çıxarılmağa başlayıb. Polisin bu qərarından sonra “Qalatasaray” oyunun təxirə salınması ilə əlaqədar Türkiyə Futbol Federasiyasına müraciət edib. TFF bu müraciəti qəbul edərək oyunun təxirə salındığını açılayıb.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Ankara, dünən isə İstanbulda terror aktı həyata keçirilib. Nəticədə ümumilikdə 30-dan çox insan həlak olub.
 
 

Xəbər xətti