"Beşiktaş" azarkeşlərinin gözlədiyi xəbər: Yeni stadionun açılış tarixi məlum oldu

18:16 - 22 Mart 2016

İlk qarşılaşma aprelin 11-də baş tutacaq
 
“Beşiktaş”ın yeni stadionu artıq tam hazırdı. 
 
Sportal.az xəbər verir ki, artıq stadionun açılış tarixi də məlumdur. Belə ki, açılış mərasimi aprelin 10-da keçiriləcək və mərasimdə ölkə prezidenti Recep Tayyip Erdoğan və bir sıra dövlət məmurları da iştirak edəcək.
 
“Beşiktaş”ın doğma meydanında keçirəcəyi ilk qarşılaşmanın vaxtı da məlum olub. Beləliklə, Superliqanın lideri aprelin 11-də “Bursaspor”u yeni stadionu olan “Vodafon Arena”da qəbul edəcək.

Xəbər xətti