"Qalatasaray"ın futbolçusu terrora görə evini dəyişdirdi

18:55 - 23 Mart 2016

Linnesdən maraqlı qərar
 
“Qalatasaray” ın norveçli oyunçusu Martin Linnes Türkiyədə baş verən terror olaylarından qorxuya düşüb. 
 
Sportal.az xəbər verir ki, bu barədə öz ölkəsinin mətbuatına açıqlama verən ulduz futbolçu Ankarada və İstanbulda yaşanan iki terror hadisəsini təcrübə etdiyini bildirib.
 
Linnes terror olaylarının çox qorxunc hadisələr olduğunu vurğulayıb. Bu məqsədlə İstanbulun mərkəzində yaşadığı evdən ailəsi ilə birgə şəhər kənarındakı evə köçüb.

Xəbər xətti