"Qalatasaray"ın sabiq məşqçisi ölü tapıldı

17:06 - 25 Mart 2016

2 ay əvvəl işdən çıxarılmışdı
 
"Qalatasaray"ın U-21 komandasının sabiq çalışdırıcısı Zəfər Qoç bu gün ölü tapılıb.
 
Sportal.az "Habertürk"ə istinadən xəbər verir ki, 2 ay əvvəl komandadan uzaqlaşdırılan mütəxəssis bu gün səhər saatlarında ölü tapılıb. 2 gün əvvəl evindən çıxan Qoçun Ovçular məhəlləsində meyidi tapılıb. Zəfər Qoç evdən çıxarkən həyat yoldaşı Sürəyya Qoçun zənglərini cavabsız qoyub.
 
Qeyd edək ki, 2 uşaq atası olan Zəfər Qoçun ölüm səbəbləri açıqlanmayıb.

Xəbər xətti