"Beşiktaş" və "Xəzər Lənkəran"ın sabiq futbolçusu yenidən yaşıl meydanlarda

01:56 - 29 Mart 2016

Ahmet Dursun karyerasını bərpa edib
 
Türkiyə milli komandasının sabiq üzvü Ahmet Dursun yenidən yaşıl meydanlara qayıdıb.  
 
Sportal.az xəbər verir ki, 38 yaşlı futbolçu bu dəfə İstanbulun həvəskarlar liqasında çıxış edəcək. "Beşiktaş”da oynamış Dursun "Büyükderespor” klubu ilə anlaşıb. O, İstanbul klubuna dostu Evren Turhanın xahişi ilə keçib. 
 
Qeyd edək ki, Ahmet Dursun 2009/10 mövsümündə "Xəzər Lənkəran”da oynayıb. O, cənub klubunun heyətində 10 oyun keçirərək 5 qol vurmağı bacarıb. 

Xəbər xətti