Gökhan Gönül haqda qərar verildi

01:37 - 1 Aprel 2016

Futbolçu cəzalandırılmayacaq
 
"Fənərbaxça"  orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı aşkarlanan futbolçusu Gökhan Gönül haqda bəyanat yayıb.
 
Sportal.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə dərman preparatlarından müalicə məqsədi ilə istifadə etdiklərini və bununla bağlı Türkiyə Futbol Federasiyasını məlumatlandırdığını bildirib. "Fənərbaxça" G.Gönül barədə TFF-nin araşdırma aparmayacağını və futbolçunun cəzalandırılmayacağını açıqlayıb.
 
Qeyd edək ki, G.Gönül fevralın 12-i "Kasımpaşa" ilə matçda qabırğası qırıldığından "Beşikaş”la oyuna ağrıkəsici iynədən istifadə edərək çıxıb. Oyundan sonra dopinq-testdən keçməli futbolçular sırasında yer alan G.Gönülün analizi müsbət nəticə verib.

Xəbər xətti