"Qalatasaray"ın baş məşqçisi futbolçusunu məşqdən qovdu

01:59 - 7 Aprel 2016

Rodrigezə cəza veriləcək
 
Türkiyənin "Qalatasaray” klubunun dünən baş tutan məşqində xoşagəlməz olay yaşanıb.
 
Sportal.az xəbər verir ki, İstanbul klubunun hollandiyalı baş məşqçisi Riekerink məşqə gec gələn futbolçunu meydançaya buraxmayıb.  Belə ki, "Real"dan transfer olunan ispaniyalı futbolçu Xose Rodrigez məşqə gecikib.  Bunu görən baş məşqçi 21 yaşlı futbolçunu məşqdən qovub.  Mütəxəssisin gənc yarımmüdafiəçiyə cəza verəcəyi gözlənilir. 
 
Qeyd edək ki, Rodrigezin "Qalatasaray”la mövcud müqaviləsi 2019-cu ilin may ayında başa çatacaq. 

Xəbər xətti