"Fənərbaxça"dan Azərbaycana dəstək

15:09 - 8 Aprel 2016

"Biz də imzamızı atırıq"

 

Son günlərdə Dağlıq Qarabağda baş verən hadisələrə görə Türkiyənin ən köklü klublarından olan "Fənərbaxça" da Azərbaycana dəstək verdiyini bildirib.


Sportal.az xəbər verir ki, klubun rəsmi "facebook" səhifəsində edilən paylaşımda ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün başladılan kampaniyanı "Fənərbaxça" camiəsi də dəstəkləyi bildirilir:

 

"Qardaşımız Azərbaycanı dəstəkləmək üçün başladılan kampaniyaya biz də imzamızı atırıq" deyə, paylaşımda qeyd olunub.

Xəbər xətti