"Qalatasaray" "Fənərbaxça" ilə matça ciddi itkilərlə çıxacaq

21:14 - 11 Aprel 2016

Müdafiəçi son məşqdə iştirak etməyib
 
Türkiyə Super Liqasının XXVI turunda təxirə salınan "Qalatasaray” – "Fənərbaxça” derbisinin aprelin 13-ü keçiriləcək.
 
Sportal.az xəbər verir ki, "Qalatasaray” iki gün sonra baş tutacaq oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, "sarı qırmızılar” Super Liqanın XXVIII turunda "Rizəspor”la qarşılaşmada zədə alan Aurelian Şedjunun derbidə forma geyinməyəcəyi bəlli olub. Müdafiəçi komandanın son məşqində iştirak etməyib. Bundan əlavə digər aparıcı oyunçu Leonel Karole də "Fənərbaxça” ilə oyunu buraxacaq. "Rizəspor”la qarşılaşmanın 37-ci dəqiqəsində sarı vərəqə alan futbolçu cəzalı duruma düşüb. 
 
Qeyd edək ki, "Qalatasaray”ın itkiləri bununla bitmir. Aparıcı oyunçu Uesli Sneyder başda olmaqla Hakan Balta, Sabri Sarıoğlu və Səlcuk İnan da zədəlidir. Bu oyunçuların "Fənərbaxça” matçında oynayıb-oynamayacağı bəlli deyil. 
 
Nəzərinizə çatdıraq ki, maraqla gözlənilən qarşılaşma  Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq. 

Xəbər xətti