Türkiyə millisinin daha bir rəqibi məlum oldu

17:00 - 13 Aprel 2016

İngiltərədən sonra Çernoqoriya
 
Türkiyə milli komandasının hazırlıq matçı çərçivəsində  qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, Fatih Terimin komandası mayın 29-da Çernaqoriya milli komandası ilə qarşılaşacaq.  Sözügedən qarşılaşma Türkiyənin Antalya şəhərində baş tutacaq. "Ay ulduzlular” bundan 1 həftə öncə İngiltərə milli komandası ilə yoxlama oyunu keçirəcək. 
 
Qeyd edək ki, Türkiyə millisi bu qarşılaşmalardan əvvəl Sloveniyada iki həftəlik təlim-məşq toplanışı keçirəcək.

Xəbər xətti