"Fənərbaxça" darmadağınla sevindi VİDEO

01:00 - 21 Aprel 2016

İstanbul təmsilçisi finalın bir addımlığında
 
Türkiyə kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
 
Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Konyaspor"un qonağı olub. Matç "Fənərbaxça"nın böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "sarı-lacivərdli" komanda finala bir qədər də yaxınlaşıb.
 
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması mayın 4-ü keçiriləcək.
 
"Konyaspor" - "Fənərbaxça" 0:3
Qollar: Şən, 38, Nani, 45, van Persi, 90

Xəbər xətti