Türkiyə millisinin AÇ-2016 öncəsi daha bir rəqibi məlum oldu

01:33 - 22 Aprel 2016

İyunun 5-də Sloveniya ilə...
 
AÇ-2016-da mübarizəa aparacaq Türkiyə milli komandasının mundialdan öncə keçirəcəyi yoxlama görüşündəki daha bir rəqibinin adına aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, "ay ulduzlular” Sloveniya milli komandası ilə qarşılaşacaq. Sözügedən qarşılaşmanın iyun ayının 5-də baş tutacağı açıqlansa da, başlayacağı saat bəlli olmayıb. Oyun Sloveniyanın paytaxtı Lyubliyana şəhərində yerləşən "Stozike” stadionunda reallaşacaq.
 
Qeyd edək ki,Türkiyə milli komandası Sloveniya millisi ilə tarix ərzində bir dəfə qarşılaşıb. Mayıən 31-i 2013-cü ildə baş tutan qarşılaşmada Sloveniya 2:0 hesablı qələbə qazanmışdı.

Xəbər xətti