Adı "Qarabağ"la hallanan futbolçu Türkiyə yolunda

13:32 - 22 Aprel 2016

Essien "Antalyaspor"da?
 
Ötən il Samuel Eto başda olmaqla heyətini bir neçə ulduz futbolçu ilə gücləndirən Türkiyənin "Antalyaspor” klubu yeni mövsüm üçün sürpriz transferlər etməyi  planlaşdırır. 
 
Sportal.az xəbər verir ki, Antalya təmsilçisinin ilk hədəfi Yunanıstanın "Panatinaikos” klubunda forma geyinən məşhur futbolçu Maykl Essiendir.  Türkiyə mətbuatında yer alan xəbərə görə, "Antalyaspor” 33 yaşlı futbolçunu transfer etmək üçün Samuel Etodan istifadə edir. Belə ki, Eto "Çelsi”də komanda yoldaşı olmuş futbolçunu Türkiyəyə gətirməyə çalışır.
 
Qeyd edək ki, Essienin adı bir müddət öncə "Qarabağ”la hallanırdı. Yunanıstan mətbuatı Qana milli komandasının sabiq üzvünün yayda "Qarabağ”la müqavilə imzalayacağını iddia edirdi. 

Xəbər xətti