"Trabzonspor" - "Fənərbaxça" derbisində hakim döyüldü, matç yarımçıq dayandırıldı FOTOLAR

00:02 - 25 Aprel 2016

Azarkeşlər meydana daxil oldu
 
Türkiyə Super Liqasının XXX turunda baş tutan "Trabzonspor" – "Fənərbaxça" oyunu 89-cu dəqiqədən etibarən yarımçıq dayandırılıb.
 
Sportal.az xəbər verir ki, buna trabzonlu azarkeşlərin meydana daxil olması və matçın yan xətt hakimi Volkan Bayarslana hücum etməsi səbəb olub. Olay nəticəsində baş hakim Bülənt Yıldırım matçı yarımçıq dayandırıb. 
 
Qeyd edək ki, qarşılaşmada hesab "Fənərbaxça” xeyrinə olub – 4:0.
 

Xəbər xətti