Türkiyə Superliqasına yüksələn ilk komandanın adı məlum oldu

01:35 - 25 Aprel 2016

Sona 3 tur qalmış...
 
Türkiyə PTT I Liqasından Super Liqaya vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, söhbət "Adanaspor” komandasından gedir. Adana təmsilçisi XXXI turda səfərdə Azərbaycan milli komandasının sabiq futbolçusu Ufuk Budakın formasını geyindiyi "Qaziantep BB”ni 3-2 hesabı ilə məğlub edib və çempionatın sonuna 3 tur qalmış Super Liqaya vəsiqəni təmin edib. 
 
Qeyd edək ki, "Adanaspor” daha əvvəl 4 dəfə - 1971-84, 1988-91, 1998-2001, 2002-04-cü illərdə Super Liqada mübarizə aparıb.

Xəbər xətti