Hakimi döyən azarkeş sərbəst buraxıldı

17:58 - 25 Aprel 2016

Məhkəmə qərarını açıqladı
 
Ötən gün Türkiyə Super Liqası çərçivəsində keçirilən "Trabzonspor" -  "Fənərbaxça" matçının 89-cu dəqiqəsində meydana daxil olaraq əlavə köməkçi hakimi döyən azarkeşin polis tərəfindən saxlanıldığını diqqətinizə çatdırmışdı. 
 
Sportal.az xəbər verir ki, bu gün sözügedən fanat ifadə verdikdən sonra sərbəst buraxılıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Onun cəzasız qalması təəccüblə qarşılanıb.

Xəbər xətti