"Trabzonspor"dan sərt qərar: 6 futbolçu heyətdən uzaqlaşdırıldı

00:25 - 26 Aprel 2016

Klubdaxili iclasda radikal qərarlar
 
"Fənərbaxça" ilə oyunu yarımçıq qalan "Trabzonspor" rəhbərliyi radikal qərarlar qəbul edib.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi 6 futbolçunu heyətdən kənarlaşdırıb. Qərara əsasən Erkan Zengin, Marko Marin, Fatih Atik, Sefa Yılmaz, Özer Hurmacı və Luis Pedro Kavanda uğursuz çıxışa səbəb göstərilib. Onların hansı müddətə heyətə heyətdən kənarlaşdırıldığı açıqlanmayıb.
 
Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" matçı qonaqların 4:0 hesablı üstünlüyü olduğu zaman azarkeşin meydana daxil olaraq 4-cü hakimi döyməsi səbəbindən yarımçıq dayandırılıb.

Xəbər xətti