Millimizin sabiq futbolçusu baş məşqçisiz qaldı

01:44 - 26 Aprel 2016

Türkiyə PTT I Liqasında növbəti istefa
 
Türkiyə PTT I liqasında mübarizə aparan "Qaziantep BB” klubunda baş məşqçi istefası reallaşıb.
 
Sportal.az xəbər verir ki, Antep təmsilçisinin baş məşqçisi Bayram Bektaş ardıcıl uğursuz oyunların ardından istefa ərizəsini rəhbərliyə təqdim edib. Azərbaycan milli komandasının sabiq üzvü Ufuk Budakın çıxış etdiyi komandanın hansı mütəxəssisə tapşırılacağı isə hələlik bəlli deyil.
 
Qeyd edək ki, "Qaziantep BB” PTT I liqasında geridə qalan XXXI tur ərzində 41 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti