Hakimin döyüldüyü matçla bağlı rəsmi qərar

00:43 - 29 Aprel 2016

Qələbə rəsmiləşdirildi
 
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Super Liqanın  XXX turunda yarımçıq saxlanılan "Trabzonspor” – "Fənərbaxça” (0-4) oyunu ilə bağlı qərar qəbul edib. 
 
Sportal.az xəbər verir ki, İntizam Komitəsi azarkeşlərin matçın əlavə hakimi Volkan Bayarslana hücum etməsindən sonra 89-cu dəqiqədə yarımçıq dayandırılan matçla bağlı  yekun iclas baş tutub.  İclasda "Fənərbaxça”nın 4-0 hesablı qələbəsi rəsmiləşdirirlib. 
 
Qeyd edək ki, bu qərardan sonra "Fənərbaxça” xallarının sayını 67-ə çatdırıb və lider "Beşiktaş”la xal fərqini 3-ə endirib. 

Xəbər xətti