17 yaşlı türkiyəli futbolçu faciəvi şəkildə öldü

01:57 - 29 Aprel 2016

Emre Çakırın həyatını xilas etmək mümkün olmayıb
 
Türkiyənin Nevşəgir bölgəsində ölümlə nəticələnən ağır yolqəza hadisəsi baş verib.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşehirdən Göreyə gedən yolda avtomobillə motosiklet toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü 17 yaşlı Emre Çakır ağır yaralanıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Daha sonra Çakırın Nevşehirin yerli futbol komandasının üzvü olduğu bəlli olub.

Xəbər xətti