Türkiyə Superliqasını tərk edəcək ilk klub məlum oldu

01:21 - 30 Aprel 2016

"Mersin İdman Yurdu" PTT I Liqada
 
Türkiyə superliqasını tərk edəcək ilk klubun adı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, superliqanın 31-ci turunda  səfərdə “Rizəspor”a uduzan (0:2) “Mersin İdman Yurdu”nun elitanı tərk edəcəyi rəsmiləşib.
 
Sona üç tur qalmış aktivində 21 xalı olan Mersin təmsilçisi bundan sonrakı oyunların nəticəsindən asılı olmayaraq aşağı liqaya yuvarlanacaq.

Xəbər xətti