Sərgən Yalçın yenidən Superliqa klubunda

12:45 - 1 May 2016

1,5 illik müqavilə

 

Türkiyə Superliqasında mübarizə aparan "Qaziantepspor" komandasında yeni baş məşqçinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, daha öncə də burada çalışmış Sərgən Yalçın "Qaziantepspor"la 1,5 illik müqavilə bağlayıb.

 

S.Yalçın bu postda Mutlu Topçunu əvəzləyib. O, komandasının bu gün "Fənərbağça" ilə keçirəcəyi matçda iş başında olacaq.

Xəbər xətti