Kamran Ağayevin sabiq komandası I Liqanı tərk etdi

00:31 - 3 May 2016

"Karşıyaka" 27 xal topladı
 
Türkiyə PTT Liqasında XXXII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra "Kayseri Ərciyəsspor”un ardından daha bir komandanın aşağı liqaya yuvarlanması rəsmiləşib.  Belə ki, günün son matçında "Yeni Malatyaspor” və "Karşıyaka” komandaları üz-üzə gəlib. Qasrşılaşma 3-3 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra "Karşıyaka”nın aşağı liqaya yuvarlanması təsdiqini tapıb. İzmir təmsilçisi sona 27 xalla liqanı tərk edib. 
 
Qeyd edək ki,  "Karşıyaka”mövsümə iddialı başlamışdı. Azərbaycan milli komandasının qapıçısı, hazırda Bakının "İnter” klubunun şərəfini qoruyan Kamran Ağayev mövsümə "Karşıyaka” ilə birgə start vermişdi. 

Xəbər xətti