"Trabzonspor" tarixi məğlubiyyətə görə baş məşqçisini qovdu

03:07 - 14 May 2016

Mandıralı vəziifəsindən getdi
 
"Trabzonspor" klubu baş məşqçisi Hami Mandiralı ilə yolları ayırıb.
 
Sportal.az xəbər verir ki, superliqanın 33-cü turunda "Antalyaspor"a ağır məğlubiyyətin (0:7) ardından klubun rəsmi saytı baş məşqçi ilə yolların ayrıldığını rəsmən açıqlayıb. Yeni baş məşqçinin yaxın günlərdə açıqlanacağı məlumatda yer alıb.
 
Qeyd edək ki, 7:0 hesablı məğlubiyyət "Trabzonspor" tarixində ən böyükhesablı məğlubiyyət kimi tarixə düşüb.

Xəbər xətti