"Antalyaspor" Ronaldinyoya rəsmi təklif göndərdi

15:58 - 14 May 2016

"Onun "Antalyaspor"a gəlməyini çox istəyirəm"
 
Türkiyənin "Antalyaspor" klubu braziliyalı ulduz futbolçu Ronaldinyoya rəsmi təklif göndərib.
 
Sportal.az xəbər verir ki, bu haqda komandanın kamerunlu ulduzu Samuel Eto məlumat verib:
 
"Klub prezidenti Ronaldinyoya rəsmi təklif göndərib. Mən də onunla danışmışam. Onun "Antalyaspor"a gəlməyini çox istəyirəm. Ronaldinyo ilə "Barselona"da möhtəşəm uğurlara imza atmışıq. Növbəti mövsümü birlikdə qazanmaq istəyirəm".
 
Xatırladaq ki, 36 yaşlı Ronaldinyo azad agent statusu daşıyır.

Xəbər xətti