Super Liqaya vəsiqə qazanan ikinci komanda da məlum oldu

01:00 - 15 May 2016

"Karabükspor" vəsiqəni təmin etdi
 
Türkiyə Super Liqasına  vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, söhbət "Karabükspor” komandasından gedir. Karabük təmsilçisi PTT I Liqasının XXXIV turunda səfərdə "Göztəpə”ni məğlub edib (1-2) və "Adanaspor”un ardından Super Liqaya vəsiqəni təmin edən ikinci komanda olub. 
 
Qeyd edək ki, "Karabükspor” tarixi ərzində 3 dəfə Super Liqaya vəsiqə qazanıb. Komanda 1993/94, 1997-99 və 2010-15-ci illər aralığında elitada mübarizə aparıb. 

Xəbər xətti