"Beşiktaş" çempionluğunu rəsmiləşdirdi

23:00 - 15 May 2016

14-cü çempionluq
 
2015/16 mövsümündə Türkiyə superliqasının qalibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, “Beşiktaş” bu gün öz meydanında “Osmalıspor”a 3:1 hesabı ilə qalib gələrək yarışın bitməsinə bir tur qalmış çempionluğu təmin edib. Bu, “qara-qartallar”ın 14-cü çempionluğu olub. “Beşiktaş”la eyni vaxtda onun ən yaxın izləyicisi “Fənərbaxça” da növbəti matça çıxıb. İstanbul təmsilçisi “Gənclərbirliyi”nə qalib gəlsə də, bu, nəyisə dəyişməyib.
 
Beləliklə, bügünkü oyunlardan sonra çempionatın bitməsinə 1 tur qalmış “Beşiktaş”la ikinci pillədəki “Fənərbaxça” arasında 6 xallıq fərq yaranıb (müvafiq olaraq, 79 və 73).

Xəbər xətti