"Trabzonspor" Ersun Yanalla danışıqlara başladı

01:18 - 17 May 2016

Ersun Yanalla danışıqlar başladı
 
"Trabzonspor" yeni baş məşqçisi ilə bağlı açıqlama yayıb.
 
Sportal.az xəbər verir ki, Qara dəniz klubu Ersun Yanalla danışıqlara başlayıb. Bu barədə klubun rəsmi saytıaçıqlama yayıb. 
 
Qeyd edək ki, Ersun Yanal 2007-2009 və 2014/15-ci illərdə "Trabzonspor"a başçılıq edib. 54 yaşlı mütəxəssis 2004-2005-ci illərdə Türkiyə millisini çalışdırıb. O, həmçinin "Dənizlispor", "Yeni Salihlispor", "Ankaragücü", "Gənclərbirliyi", "Manisaspor", "Eskişəhərspor" və "Fənərbaxça" klublarına başçılıq edib.

Xəbər xətti