"Xəzər Lənkəran"ın sabiq futbolçusu satışa çıxarıldı

12:22 - 17 May 2016

Etame Mbilla "Antalyaspor"dan ayrılır?
 
Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu yeni mövsüm üçün transfer çalışmalarına start verib.
 
Sportaı.az xəbər verir ki, heyətində 16 legioneri olan "Antalyaspor" bəzi futbolçularla yolları ayırmağı planlaşdırır. Mövsümün əvvəlində "Samsunspor"dan heyətə cəlb edilən Etame Mbilla transferə çıxarılıb. Bu haqda futbolçuya və onun menecerinə məlumat verilib. "Antalyaspor" kamerunlu forvardı heyətinə qatmaq istəyən klublardan 1 milyon avro tələb edir.
 
Qeyd edək ki, bu mövsüm 20 matçda 7 qol vuran və 2 məhsuldar ötürmə edən Etame Mbilla 2013/14 mövsümündə "Xəzər Lənkəran"da çıxış etmişdi.

Xəbər xətti