"Antalyaspor" Ronaldinyo ilə razılığa gəldi

21:06 - 17 May 2016

Növbəti ay Türkiyəyə gələcək
 
Ötən mövsüm ulduz futbolçu Samuel Etonu heyətinə qatan "Antalyaspor" daha bir ulduzla razılığa gəlib.

Sportal.az xəbər verir ki, artıq növbəti mövsüm üçün transfer görüşlərinə başlayan Antalya təmsilçisi bu gün ulduz futbolçu Ronaldinyoya rəsmi təklif göndərib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub və 1+1 illik müqavilə imzalanacaq. Müqavilənin isə iyun ayının ikinci həftəsində imzalanacağı gözlənilir.

Xəbər xətti