"Qalatasaray" - "Fənərbaxça" oyunu Azərbaycanda canlı yayımlanacaq

11:48 - 18 May 2016

Final matçı "CBC Sport"da
 
Türkiyə kubokunun finalında "Qalatasaray” və "Fənərbaxça” komandaları üz-üzə gələcək.
 
Əzəli rəqiblərin dueli Azərbaycanda da canlı yayımlanacaq.
 
Sportal.az xəbər verir ki, İstanbul derbisi "CBC Sport” telekanalı vasitəsiylə canlı yayımlanacaq. Belə ki, "CBC Sport”un əməkdaşları maçtın keçiriləcəyi arenadan birbaşa canlı yayım təşkil edəcəklər. 
 
Qeyd edək ki, sözügedən qarşılaşma mayın 26-da "Antalya Arena”da keçiriləcək. Matç Bakı vaxtı ilə 22:15-də baş tutacaq.

Xəbər xətti