"Fənərbağça"da ilk ayrılq RƏSMİ

13:36 - 18 May 2016

Mixal Kadleç keçmiş klubuna döndü
 
Türkiyə Super Liqasında çıxış edən "Fənərbağça" müdafiəçisi Mixal Kadleçlə yolları ayırıb.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu Çexiyanın "Sparta" klubu ilə müqavilə imzalayıb. Praqa təmsilçisinə transfer olunan çexiyalı futbolçu açıqlamasında bunları deyib:
 
"Doğma komandamda yenidən oynamaq üçün darıxıram. Çox xoşbəxtəm ki, geri qayıtdım. Bir gün bura dönəcəyimi bilrdim. Praqaya karyeramı bitirmək üçün gəlməmişəm. Mən yüksək səviyyədə oynamağa hər an hazıram".
 
Xatırladaq ki, Mixal Kadleç 2005/2008-ci illərdə "Sparta" Praqa formasını geyib. O, "Fənərbağça"ya 2013-cü ildə "Bayer" Leverkusendən keçmişdi.

Xəbər xətti