Erməni futbolçu "Beşiktaş"a geri döndü

18:55 - 18 May 2016

"Kaş ki, getməyəydim"

 

İcarə əsasında İspaniyanın “Rayo Valekano” klubunda çıxış edən erməni futbolçu Araz Özbilis “Beşiktaş”a geri dönüb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sequndaya yuvarlanan “Rayo Valyekano”da 3 oyuna çıxmaq şansı qazanan futbolçu İspaniyaya getdiyi üçün peşman olduğunu bildirib: “İspaniyaya getməyimə peşmanam. Kaş ki, getməyəydim. Orda oynamaq şansı qazanmadım. Bundan sonra “Beşiktaş”ın təlim-məşq toplanışını gözləyirəm”.

 

Xəbər xətti