Superliqada mövsüm başa çatdı: "Qalatasaray" 6 qolla sevindi, "Osmanlıspor" avrokuboklara vəsiqə qazandı

01:16 - 20 May 2016

Son turda qeydə alınan nəticələr
 
Türkiyə Super Liqasında 2015/16 mövsümünə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, bu gün son turun qalan oyunları keçirilib. "Qalatasaray" son həftədə "Kayserispor"u 6:0 hesablı ilə yenib. "Trabzonspor" eyni hesabla "Kasımpaşa"ya uduzub. Gümüşmedalları qazanan "Fənərbaxça" "Sivasspor"la sülh bağlayıb - 2:2. "Qaziantepspor" "Antalyaspor"u 2:0,"Gənclərbirliyi" "Eskişəhərspor"u 3:1, "Osmanlıspor" "Akhisar Bələdiyyəspor"u 1:0 hesabı ilə yenib.
 
Qeyd edək ki, turun 3 oyunu dünən keçirilib. Çempion "Beşiktaş" "Konyaspor"a 1:2, "Mersin İdman Yurdu" "Bursaspor"a 2:5, "Saykur Rizəspor" "Başakşəhər"ə 0:1 hesabı ilə uduzub.
 
Mövsümün yekunlarına əsasən çempion "Beşiktaş" Çempionlar Liqasının qrup, ikinci pillənin sahibi "Fənərbaxça" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Bürünc mükafatçı "Konyaspor" Avropa Liqasının qrup, 4-cü pillənin sahibi "Başakşəhər" III, 5-ci pilləni tutan "Osmanlıspor" II təsnifat mərhələsinə bilet əldə edib.
 
"Qalatasaray" - "Kayserispor"  6:0
Qollar: Podolski, 11, Gümüş, 26, 45, 69, Bilal Kısa, 58, Səlcuq İnan, 62,
 
"Qaziantepspor" - "Antalyaspor" 2:0
Qollar: İldiz, 34, Kayalı, 90+5
 
"Gənclərbirliyi" - "Eskişehirspor" 3:1
Qollar: Boffin, 7 (öz qapısına), Oğuz, 22, Kampos, 76 - Ucar, 37
 
"Osmanlıspor" - "Akhisar"  1:0
Qol: Umar, 59
 
"Sivasspor" - "Fənərbaxça" 2:2
Qollar: Şaşeşu, 14, Oumari, 23 - Ba, 45, Meyreleş, 67
 
"Trabzonspor" - "Kasımpaşa" 0:6
Qollar: Derdiyok, 13, 40, Del Valle, 33, Skarione, 83, Adəm Büyük, 85, Titi, 88

Xəbər xətti