"Fənərbağça"da növbəti ayrılıq

13:01 - 21 May 2016

Meireleslə yollar ayrıldı

 

Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi başa çatan Raul Meireles ilə yeni müqavilə imzalamayıb. Portuqaliyalı futbolçunun yeni klubu da atrıq məlum olub. Belə ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. O, "Bornmut" klubu ilə anlaşıb.

 

Qeyd edək ki, daha öncə Mixael Kadleç də "Fənərbağça"dan ayrılmışdı.

Xəbər xətti