Hakan Çalhanoğludan tarixi qol

01:54 - 23 May 2016

İngiltərəyə vurulan ilk qol
 
"Bayer"in (Leverkuzen) futbolçusu  Hakan Çalhanoğlu Türkiyə millisinin tarixinə düşüb.
 
Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu İngiltərə ilə yoxlama oyununda qol vurmaqla bir ilkə imza atıb. Bu, Türkiyə millisinin Tarixində İngiltərəyə vurduğu ilk qol olub.
 
Qeyd edək ki, türklər buna qədər ingilislərlə 10 dəfə  qarşılaşıb. Səkkiz oyunda İngiltərə qalib gəlib, iki oyunda heç-heçə qeydə alınıb

Xəbər xətti