Kubokun final matçının baş hakimi məlum oldu

13:41 - 24 May 2016

Qarşılaşmanı Mete Kalkavan idarə edəcək
 
Mayın 26-da Türkiyə kubokunun final matçında baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi məlum olub.
 
Sportal.az xəbər verir ki, qarşılaşma FİFA referisi Mete Kalkavana həvalə olunub. 
 
Qeyd edək ki, derbi 26 may Bakı saatı ilə 22:15-də start götürəcək və CBC Sport kanalından canlı yayımlanacaq.

Xəbər xətti