Türkiyə Super Liqasına yüksələn son komandanın adına aydınlıq gəldi

00:15 - 28 May 2016

"Alanyaspor" tarix yazdı

 

Türkiyə Super Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, həlledici matçda "Alanyaspor” və "Adana Dəmirspor” komandaları üz-üzə gəlib. 
 
Qarşılaşmanın əsas vaxtı 1-1 hesablı bərabəriklə başa çatıb. Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün əlavə artırılmış dəqiqələrə  ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişməyincə, qalibin adının penaltilər seriyasında müəyyənləşdirmək mümkün olub. Penaltiləri daha dəqiq yerinə yetirən "Alanyaspor” komandası tarixi ərzində ilk dəfə Super Liqaya yüksəlməyi bacarıb.  
 
Qeyd edək ki, "Alanyaspor”dan öncə "Adanaspor” və "Karabükspor” komandaları da Super Liqaya vəsiqə qazanmışdı. 

Xəbər xətti