"Qalatasaray" "Liverpul"un futbolçusuna "elçi düşdü"

18:50 - 28 May 2016

İstanbul nəhəngi transfer üçün çalışmalara başlayıb

 

Son mövsümü icarə əsasında "Milan"da keçirən Mario Balotelli müqavilə ilə məxsus olduğu "Liverpul"a geri dönüb.

 

Sportal.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klop Balotellini komandasında görmək istəmir. Buna görə də 25 yaşlı futbolçunun yenidən icarəyə veriləcəyi bildirilir. İngiltərə mətbuatının yazdığına görə italyan forvardın xidmətində "Qalatasaray" maraqlıdır. İstanbul nəhəngi İtaliya milli komandasının üzvünü transfer etmək üçün çalışmalara başlayıb.

 

Qeyd edək ki, Mario Balotelli son mövsümdə "Milan" forması ilə meydana çıxdığı 20 matçda cəmi bir dəfə rəqip qapısına yol tapmağı bacarıb.

Xəbər xətti