"Qalatasaray" rəhbərliyi 2 futbolçu ilə bağlı qərar verdi

17:06 - 29 May 2016

Altıntop gedir, Sabri qalır

 

Türkiyənin "Qalatasaray" klubunun rəhbərliyi 2 futbolçu ilə bağlı qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, bunlar müqavilələri başa çatan Hamit Altıntop və Sabri Sarıoğludur. Zədə səbəbindən bu mövsüm bütün matçları buraxan Altıntopla yollar ayrılacaq. Sabri isə komandada qalacaq. Belə ki, təcrübəli müdafiəçi ilə bir illik müqavilə imzalanacaq.

Xəbər xətti