Türkiyə klubu millimizin sabiq üzvü ilə yollarını ayırdı

17:23 - 30 May 2016

Təməltaş "Altınordu"dan getdi

 

Türkiyə I Liqasında mübarizə aparan "Altınordu" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “qırmızı-göylər”in bu dəfə yollarını ayırdığı futbolçu 21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşdı. 23 yaşlı yarımmüdafiəçinin klubla davam etməkdə olan müqaviləsinin olmasına baxmayaraq baş məşqçi Hüseyin Eroğlu onun xidmətində maraqlı olmayıb. Təməltaş komandadan göndərilən 8-ci futbolçu olub.

 

Bu mövsüm “Altınordu” forması ilə meydana çıxdığı 30 matçda 3 dəfə fərqlənməyi bacaran futbolçu ilə PTT I Liqada mübarizə aparan 3 klubun maraqlandığı bildirilir.

Xəbər xətti