Türkiyə millisinin üzvü Braziliya klubunda

01:14 - 31 May 2016

"Koritiba” klubu ilə anlaşıb

 

Türkiyə milli komandasının futbolçusu, son olaraq Şotlandiyanın "Seltik” klubunun formasını geyinən Kolin Kazım Riçardsın yeni komandasının adına aydınlıq gəlib. 
 
Sportal.az xəbər verir ki, "Qalatasaray” və "Fənərbaxça”nın sabiq üzvü Braziliya A Seriyasında mübarizə aparan "Koritiba” klubu ilə anlaşıb. 
 
Bu barədə klubun idman direktoru Valir Barbosa məlumat verib. Klub rəsmisi 29 yaşlı futbolçunun sabah Braziliyaya təşrif buyuracağını və yaxın günlərdə müqavilə imzalayacağını bildirib. O, Kazım məsələsində "Fənərbaxça”nın sabiq futbolçusu Aleks de Souzanın böyük əməyinin keçdiyini bildirib. Belə ki, klubun rəhbər şəxlərindən biri Alekslə Kazım haqqında görüş keçirdikdən sonra futbolçunun transfer edilməsinə razılıq verib. 
 
Qeyd edək ki, Kazım 2007-ci ildən Türkiyə milli komandasında forma geyinir. O, millinin heyətində 37 oyuna 2 qol vurmağı da bacarıb.

Xəbər xətti