AÇ-2016: Türkiyə millisinin yekun heyəti məlum oldu

17:51 - 31 May 2016

Fatih Terim siyahını açıqlayıb

 

Türkiyə milli komandasının Avro-2016 üçün yekun heyəti açıqlanıb.

 

Sportal.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim Avropa çempionatı üçün aşağıda adları qeyd olunan futbolçuları yığma komandaya dəvət edib:

 

Qapıçılar: Volkan Babacan ("Medipol Başakşehir"), Onur Recep Kıvrak ("Trabzonspor"), Harun Tekin ("Bursaspor")

 

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı, Caner Erkin (Hamısı "Fənərbaxça"), Hakan Balta, Semih Kaya (Hər ikisi "Qalatasaray"), İsmayıl Köybaşı ("Beşiktaş"), Ahmet Çalık ("Gənclərbirliyi")

 

Yarımmüdafiəçilər: Mehmet Topal, Ozan Tufan, Volkan Şen (Hamısı "Fənərbaxça"), Səlçuk İnan ("Qalatasaray"), Oğuzhan Özyakup, Olcay Şahan (Hər ikisi "Beşiktaş"), Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), Nuri Şahin ("Borussiya" Dortmund), Arda Turan ("Barselona"), Emre Mor ("Nordsjaelland"),

 

Hücumçular: Burak Yılmaz ("Pekin Qoan"), Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts")

Xəbər xətti